Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “FÓRMULA-1”

    “FÓRMULA-1” (ing. Formula One World Championship) – açıq tәkәrli avtomobillәrlә (bolid) dairәvi avtoyürüş üzrә dünya çempionatı. 1950 ildәn hәr il Beynәlxalq Avtomobil Federasiyasının (Beynәlxalq Avtomobil İdmanı Federasiyası; FIA) himayәsi vә rәhbәrliyi ilә avtodromlarda (mәs., “Silverston”, B. Britaniya; “Hokkenhaymrinq”, Almaniya; “Spa-Frankorşam”, Belçika; “Monsa”, İtaliya) vә xüsusi düzәldilmiş şәhәr traslarında (mәs., Monte-Karlo, Bakı) keçirilir. Pilotlar arasında dünya birinciliyi vә Konstruktorlar kuboku oynanılır (1958 ildәn). Pilotların Qran-pri mәrhәlәlәri seriyasındakı uğurlu çıxışlarının nәticәlәri 2010 ildә qәbul olunmuş reqlamentә әsasәn müәyyәn xal hesabı ilә qiymәtlәndirilir: 1-ci yer – 25 xal, 2-ci yer – 18, 3-cü yer – 15, 4-cü yer – 12, 5-ci yer – 10, 6-cı yer – 8, 7-ci yer – 6, 8-ci yer – 4, 9-cu yer – 2, 10-cu yer – 1 xal. Bir qayda olaraq, hәr mövsümdә 21 Qran-pri yarışı keçirilir. Yarışlarda (1.1.2017 ilә qәdәr) 11 komandanın (konstruktorlar firmasının) hәr birindәn 2 yarış avtomobili iştirak edir: “Ferrari” (1950 ildәn çıxış edir), “Mersedes” (1954 ildәn), “McLaren” (1966 ildәn), “Renault” (1977–85, 2002–11, 2016 ildәn), “Williams” (1978 ildәn), “Sauber” (1993 ildәn), “Red Bull Racing” (2005 ildәn), “Toro Rosso” (2006 ildәn), “Force İndia” (2008 ildәn), “Naas” (2016 ildәn), “Manor” (2016 ildәn). 1-ci dünya çempionatında N.Farina (İtaliya) qәlәbә qazanmışdır. Dәfәlәrlә qalib olanlar: M.Şumaxer (7 dәfә), X.M. Fanxio (5 dәfә), A.Prost vә S.Fettel (hәr biri 4 dәfә), C.BrebemC.Stüart, N.Lauda, N.Pike (Braziliya), A.Senna, L.Hemilton (hәr biri 3 dәfә), A.Askari (İtaliya), C.Klark, Q.Hill (hәr ikisi B. Britaniya), E.Fittipoldi (Braziliya), M.Hakkinen (Finlandiya), F.Alonso (İspaniya) (hamısı 2 dәfә). “Ferrari” pilotları 224 dәfә, “McLaren” pilotları 182 dәfә, “Williams” isә 114 dәfә Qran-pri yarışlarında qәlәbә qazanmışlar (1.1.2017 ilә qәdәr). Ən çox qәlәbә qazanmış idmançılar: Şumaxer – 91 (308 startda), Hemilton – 51 (186), Prost – 51 (202), Fettel – 42 (160), Senna – 41 (162). Bütün çıxışların nәticәlәrinә görә faiz nisbәtindә әn yaxşı göstәrici Fanxioda – 24 (52 startda; 46,15%) olmuşdur. 2004 ildә Şumaxer 18 mәrhәlәnin 13-ündә (72,22%) qәlәbә qazanaraq bir mövsüm üçün (1.1.2017) rekord nәticә әldә etmişdir; 2013 ildә Fettel 19 startın 13-dә qәlәbә qazanmışdır (68,42%); 1952 il mövsümündә 8 yarışın 6-da uğur әldә edәrәk qәlәbәlәrin әn çox faizini (75%) A.Askari qazanmışdır. Konstruktorlar kubokunun sahiblәri: “Ferrari” (16 dәfә), “Williams” (9 dәfә), “McLaren” (8 dәfә), “Lotus” (7 dәfә), “Red Bull Racing” (4 dәfә), “Mersedes” (3 dәfә), “Sooper”, “Brabham”, “Renault” (hamısı 2 dәfә olmaqla).

     Formula-1 Azәrbaycan Qran-Prisi. Bakı, 2017-ci il, iyun.

    Qran-pri yarışları 3 gün keçirilir: cümә günü – mәşq yürüşlәri (sәrbәst tәcrübә); şәnbә günü – bütün pilotların start mövqelәrini müәyyәn etmәk üçün vaxt üzrә tәsnifat yürüşlәri; bazar günü – Qran-pri.

    2017 ildәn Bakıda “Formula-1” dünya çempionatının mәrhәlәlәri keçirilir. D.Rikkardo (2017, Red Bull), L.Xemilton (2018, Mersedes), V.Bottas (2019, Mersedes) yarışların qalibi olmuşlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN