FORMULYÁR (alm. Formular, lat. formula – formula, qayda, müddәa sözündәn) – 1) hәr hansı qurğunun vә ya mexanizmin vәziyyәtinә vә istismarına dair mәlumatların daxil edildiyi ayrıca kitabça, yaxud blank. 2) Kitabxanaçılıq işindә kitab haqqında mәlumatların (kitab F.-ı) vә kitabların oxucuya verilmә vә qaytarılma tarixi ilә birgә onların siyahısının (oxucu F.-ı) qeyd edildiyi vәrәqә. 3) Ticarәt dövriyyәsindә әvvәlcәdәn hazırlanan vә imzalanmaq üçün kontragentә tәqdim olunan müqavilә tipi. 4) 1917 ilәdәk Rusiyada çinovnik vә zabitlәrin xidmәt kitabçası.