FORONİDLƏR (Phoronidae) – çıxıntılılar tipindәn dәniz dibi onurğasız heyvanlar sinfi. Uz. 40 sm-әdәk olan qurdabәnzәr bәdәni borunun içindә yerlәşir. Bәdәninin ön ucu fırçayabәnzәr daraq kimidir. Örtük epidermisinin altında әzәlә hüceyrәlәrinin hәlqәvi vә uzununa qatları yerlәşir. Sinir sistemi diffuz tiplidir. Bәdәninin ön ucundakı neyronların birindәn akson uzanır; tәhlükә zamanı hәyacan öndәn arxaya ötürülür vә heyvan boruda gizlәnir. Qan-damar sistemi qapalıdır. Tәnәffüs orqanları yoxdur. Bağırsağı ilmәkvarıdır. İfrazat orqanları 2 metanefrididәn ibarәtdir. Regenerasiyaya qadirdirlәr. Çoxu hermafroditdir. Mayalanma suda baş verir. Sürfәsi aktinotroxadır. 15 növü var.
Foronoidlәr. Phoronopsis harmeri koloniyası.