FÓROS (φόρος) – Qәdim Yunanıstanda Birinci Afina dәniz ittifaqı (e.ә. 478/477– 404) üzvlәrinin ümumi xәzinәyә ödәdiklәri pul vergisi. Əvvәllәr xәzinә Delos a.-nda yerlәşirdi, e.ә. 454 ildә Afinaya köçürüldükdәn sonra F.-un 1/60 hissәsi bilavasitә ilahә Afinanın xәzinәsinә daxil edilidi. İtti-aq xәzinәsi işlәri ilә yalnız afinalılardan seçilәn 10 ellinotamidәn (“ellin xәzinәdarları”) ibarәt kollegiya mәşğul olurdu. Müttәfiqlәr F.-u Dionisin şәrәfinә keçirilәn Böyük Dionisiyalar (mart–aprel) bayramı әrәfәsindә ödәyirdilәr. F. pulu, әsasәn, ittifaqın hәrbi donanmasının saxlanılmasına sәrf olunurdu. Əvvәllәr F.-un miqdarı hәr polis üçün Aristid tәrәfindәn müәyyәnlәşdirilirdi vә ümumi hәcmi 460 gümüş talant tәşkil edirdi. Peloponnes müharibәsi (e.ә.431–404) illәrindә Afinanın F.-un miqdarını kәskin artırması müttәfiqlәrin narazılığına sәbәb oldu. E.ә. 413 ildә F. müttәfiq polislәrә dәnizlә daşınan bütün mәhsullar üçün 5%-lik gömrük rüsumu ilә әvәzlәndi. Ehtimal ki, e.ә. 410 ildә F. bәrpa edildi.