“FORS UVRİÉR” (Force ouvriére – Fәhlә qüvvәsi; tam adı “Ümumi әmәk konfederasiyası – Fors uvrier”, “Confédération générale du travail – Force ouvrière”) – Fransada hәmkarlar ittifaqları mәrkәzi. 1947 ildә hәmkarlar ittifaqlarının islahatçı liderlәri L.Juo vә R.Botronun başçılığı ilә 4 federasiyanın Ümumi әmәk konfederasiyasından (ÜƏK) çıxmasından sonra onun dağılması nәticәsindә yaradılmışdır. Parçalanmaya sәbәb onların ümumi tәtilin gedişindә (1947 ilin noyabr – dekabrı) tәtilçi fәhlәlәrin irәli sürdüklәri siyasi tәlәblәrlә razılaşmamaları vә Fransa Kommunist Partiyasının pislәdiyi Marşall planını dәstәklәmәlәri oldu. 1948 ildә Nizamnamә vә proqramı qәbul edilmişdir, 1949 ildәn Beynәlxalq azad hәmkarlar ittifaqları konfederasiyasının üzvüdür. Yarandığı andan anti-kommunist mövqe tutmuş, ABŞ-ın departamentindәn vә hәmkarlar ittifaqlarının rәhbәrliyindәn maddi yardımlar almışdır. Beşinci respublikanın siyasi hәyatında fәal rol oynayır. Tәqr. 300 min üzvü var (2016).