FORSAJ KAMERASI (alm. forcieren – güclәndirmәk, fr. force – qüvvә), f o r s a j y a n m a k a m e r a s ı – turboreaktiv mühәrrikdә turbinlә reaktiv ucluq arasında yerlәşәn qurğu. İlk F.k. 1950-ci illәrin әvvәllәrindә meydana gәlmiş vә tezliklә sәsdәnyüksәk sürәtli tәyyarәlәrin mühәrrikinin mühüm elementi olmuşdur. F.k. mühәrrikin gücünü artırmaq (qazların ucluqdan әvvәl temp-runu yüksәltmәk hesabına) mәqsәdilә turbindә işlәnmiş qazlarda olan yanacağı alışdırmaq vә reaktiv şırnağın axma sürәtini yüksәltmәk üçündür. F.k. yanacağın yanma istiliyindәn demәk olar ki, tam istifadәni tәmin edir vә bununla da turboreaktiv mühәrrikin (TRM) dartısını 50%, ikikonturlu TRM-inkini isә 65–75% artırmağa imkan verir.