Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FORSÁYT 

    FORSÁYT (Forsythe) Uilyam (d.30.12.1949, Nyu-York) – amerikan vә alman balet artisti, xoreoqraf. 1969–71 illәrdә Nyu-Yorkda “Coffri balle” mәktәbindә tәhsil almış, 1971–73 illәrdә “Coffri balle-II” truppasında çalışmışdır. 1973–81 illәrdә Ştutqart baletindә işlәmiş, burada xoreoqraf kimi debütü “Əzәli işıq” (Q.Malerin musiqisi әsasında, 1976) tamaşası ilә olmuş, sonra truppanın xoreoqrafı işlәmişdir. Klassik rәqsin leksikasını dәrindәn öyrәnmәsı vә onu dәyişdirmәyә sәy göstәrmәsi F.-n öz sisteminin yaradılması ilә nәticәlәndi. Bununla belә F.-ın tamaşaları alman mәdәniyyәtinin teatr, xoreoqrafiya vә intellektual әnәnәlәrinә әsaslanır. 20 әsrin sonu – 21 әsrin әvvәllәri Avropanın aparıcı xoreoqrafları arasında yer alan F. dünyanın әn böyük balet sәhnәlәri ilә әmәkdaşlıq edir. 1982 ildәn Frankfurt baletinin xoreoqrafı, 1984–2004 illәrdә rәhbәri olmuş, burada İ.S.Bax vә E.Qrossman-Hektin (“Artefakt”, 1984), T.Villems, L.Stak, Qrossman-Hekt vә L. van Bethovenin (“Çarı heyrәtә salaraq”, 1988), Villemsin (“İkinci tәfsilat”, 1991), F. Şubertin (“Dәqiqliyin başgicәllәndirәn nәşәsi”, 1996) vә b.-nın musiqisinә tamaşalar hazırlamışdır. Frankfurt-Mayn vә Drezdendә fәaliyyәt göstәrәn “Balet Forsayt” truppasının (2005–2015) yaradıcısı vә rәhbәridir. 2015–16 illәrdә Paris operasının dәvәtli xoreoqrafı olmuşdur. Filmlәrin, videolayihәlәrin installyasiyaların, performansların müәllifidir, festival vә sәrgilәrin (o cümlәdәn fәrdi) iştirakçısıdır. Venesiya biyennalisindә “Sәnәtdә keçәn ömür” nominasiyasında “Qızıl şir” mükafatını (2010) almışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN