FORSAYTİYA, f o r z i s i y a (Forsythia) – zeytunkimilәr fәsilәsindәn olan bitki cinsi. Şotlandiya botaniki U. Forsaytın (Forsyth) şәrәfinә adlandırılmışdır. Hünd. 3 (bәzәn 6) m-ә qәdәr yarpağınıtökәn kollardır. Yarpaqları qarşı-qarşıya düzülmüş, oval, bәzәn üçqat olub, uz. 2–10 (15) sm-dir. Çiçәklәri tәk-tәk, yaxud 2–3 (6) әdәd olmaqla qoltuq çiçәk qrupunda toplanmış, 4-üzvlü, zınqrok alparlaq sarı rәngli olub, yarpaqlardan xeyli әvvәl, ya da onlarla eyni vaxtda çiçәk açır. Meyvәsi qanadlı toxumlu qutucuqdur. 13 növündәn biri – Avropa F.-sı (F.europaea) Serbiya, Monteneqro vә Albaniyada, qalanları Şәrqi Asiyada yayılmışdır. Dekorativdir, erkәn vә bol çiçәklәmәsinә görә qiymәtlәndirilir; bir çox ölkәlәrdә, o cümlәdәn Qafqazda becәrilir. Çox vaxt әyilmiş F. (F.suspensa), yaşıl F. (F.viridissima) vә onların hibridi aralıq F. (F. x intermedia), bәzәn Avropa F.-sı yetişdirilir. Əyilmiş F.-dan Çin xalq tәbabәtindә istifadә olunur.
Avropa forsaytiyası (Forsythia europaea) vә çiçәyi.