FORS-MAJÓR (fr. force majeure – keçilmәz sәdd) – qarşısının alınması, yaxud aradan qaldırılması mümkün olmayan fövqәladә hal. Tәbii fәlakәtlәr, hәrbi әmәliyyatlar vә münaqişәlәr, tәtillәr, qiyamlar, inqilablar, dövlәt orqanları tәrәfindәn valyuta mәhdudiyyәtlәrinin tәtbiqi, idxal vә ixracın qadağan edilmәsi, hökumәt tәrәfindәn tәtbiq olunan fövqәladә vә ya xüsusi vәziyyәt vә s. F.-m.-a aiddir. Bax hәmçinin Qarşısıalınmaz qüvvә.