FÓRSMAN (Forssmann) Verner (29.8.1904, Berlin – 1.6.1979, Şopfhaym) – alman cәrrahı vә uroloq. Nobel mükafatı laureatı (1956, A.Kurnan vә D.Riçards ilә birgә). Berlindә Fridrix Vilhelm Un-tinin tibb fakültәsini bitirmişdir (1928). 1956 ildәn Qutenberq ad. Un-tin (Mayns) cәrrahiyyә vә urologiya prof.; 1964 ildәn Dyüsseldorfda Tibb Akad.-sının fәxri prof. vә orada un-tin prof. olmuşdur. (1970 ilәcәn). 1929 ildә ürәyin kateterizasiyası üsulunu işlәyib hazırlamış, zondu dirsәk venasından sağ qulaqcığa daxil etmәklә onu öz üzәrindә sınaqdan keçirmişdir. 1931 ildә bu üsulu angiokardioqrafiya mәqsәdilә tәtbiq etmişdir.
Ə s ә r i: Die Sondierung des rechten Herzens, “Klinische Wochenschrift”? 1929, Jg. 8, 45.