FÓRSTER Corc (?–1792) – ingilis sәyyahı. Hindistan, Əfqanıstan, İran, Azәrb. vә Rusiyada olmuş, “Benqaliyadan İngiltәrәyә sәyahәt” adlı yol qeydlәrini yazmışdır. 1784 ildә Bakıya gәlәn F.-in qeydlәrindә neft mәdәnlәri, Suraxanı atәşgahı, şәhәr müdafiә divarları, әhalinin mәşğuliyyәti, Multan vil.-ndәn gәlmiş hind tacirlәri, ha- belә Şirvan әyalәti, burada istehsal olunan xam ipәk, Şamaxı ş. vә s. haqqında da mәlumat var.