FORSTERİT – olivin qrupunun mineralı. Kimyәvi tәrkibi Mg2[SiO4]. Cr vә Ni qarışıqları olur. Romb sinqoniyasında kristallaşır. Lövhәli vә izometrik kristallar, dәnәli aqreqatlar әmәlә gәtirir. Rәngi ağ, solğun sarı, bәnövşәyi-qarayadәkdir. Sәrtliyi 6,5; sıxlığı 3200 kq/m3. Əsasi süxurların süxurәmәlәgәtirәn mineralıdır; kristallik әhәngdaşlarında, dunutlәrdә, maqnezial skarnlarda rast gәlinir.
Forsterit.