FORSÚNKA (ing. force – doldurmaq) – mayeni çilәmәk üçün bir vә ya bir neçә dәliyi olan qurğu. Maye tәzyiq altında, yaxud sıxılmış qaz vә ya buxar vasitәsilә fasilәsiz olaraq, ya da dövri, qısa zaman fasilәlәri ilә verilir. F.-nın şırnaqlı, mәrkәzdәnqaçma, şırnaqlı-mәrkәzdәnqaçma, bir vә iki komponentli növlәri var. F.-dan istilik mühәrriklәrinin yanma kameralarında, qazan ocaqlarında vә s. yanacağın müntәzәm vә tam yanmasını tәmin etmәk üçün istifadә olunur.