Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓRTES 

    FÓRTES Meyer (25.4.1906, Kap koloniyası, Britstaun – 27.1.1983, B. Britaniya, Kembric) – Britaniya antropoloqu vә sosioloqu, afrikaşünas. Keyptaun Un-tini bitirmiş (1926), London İqtisadiyyat vә Siyasi Elmlәr Mәktәbindә (LİM) psixologiya ilә mәşğul olmuşdur (1930 ilә qәdәr). Onun sosial antropologiyaya keçmәsindә vә görüşlәrinin formalaşmasında K.Zeliqman, B.Malinovski, R.Förs vә A.R.Redkliff-Braunun tәsiri olmuşdur. 1934–37 illәrdә Beynәlxalq Afrika İn-tunda tallensi xalqının (Şimali Qana) әnәnәvi sosial tәşkilini tәdqiq etmişdir. 1938–39 illәrdә LİM-dә, 1939–41 vә 1946–50 illәrdә Oksford Un-tindә (1946 ildәn prof.) dәrs demişdir. 1941–42 illәrdә Nigeriyada çöl tәdqiqatları aparmışdı. 1944–46 illәrdә Akkrada Qәrbi Afrika İn-tunda (Leqonda indiki Qana Un-ti) sosiologiya dep-tinә, 1945–46 illәrdә aşantilәrә dair kompleks etnososial-iqtisadi layihәyә rәhbәrlik etmişdir. Kembric Un-tindә sosial antropologiya prof.-u (1950–73) vә Britaniya Akademiyasının üzvü (1967) idi.

    Funksionalizmin qatı tәrәfdarı olan F.-in qohumluq sistemlәri, ailә-nikah münasibәtlәri vә әcdadların kultuna dair struktur-funksional araşdırmaları nümunәvi hesab edilir. Linic nәzәriyyәsinә mühüm töhfәlәr vermişdir; onun Afrika siyasi sistemlәri vә çöl tәdqiqatlarının metodologiyasına dair әsәrlәri Mançester mәktәbi antropoloqlarının çoxuna tәsir göstәrmişdir. E.Evans-Pritçardla birlikdә hazırladığı “Afrika siyasi sistemlәri” kollektiv monoqrafiyası (1940) müasir siyasi antropologiyanın klassikasına çevrilmişdir.

    Ə s ә r l ә r i: Oedipus and Job in West African religion. Camb., 1959; Time and social structure, and other essays. L.; N.Y., 1970; Rules and the emergence of society. L., 1983.

    Əd.: K u p e r A. Anthropology and anthropologists: The modern British school. L., 1983; Н и к и ш е н к о в А. А. История британской социальной антропологии. СПб., 2008.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN