Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FORTİFİKÁSİYA

    FORTİFİKÁSİYA (son lat. fortificatio – istehkam; lat. fortis – möhkәm, davamlı + facio – inşa etmәk, qurmaq) – hәrbi mühәndislik sәnәti sahәsi; qoşunların, әhalinin vә arxa cәbhәdәki obyektlәrin düşmәn hücumlarından müdafiәsinin nәzәri әsaslarını vә praktiki üsullarını işlәyib hazırlayan vә bunu istehkamların tikintisi vә istifadәsi yolu ilә hәyata keçirәn hәrbi-texniki elm.

    F. qәdim dövrdә vә orta әsrlәrdә. Ərazidә әhalini vә әmlakı qorumaq mәqsәdilә müharibә vә ya hәrbi әmәliyyatlar zamanı müvәqqәti (çöl) vә yaşayış mәskәnlәrinin, sığınacaqların, sәrhәdlәrin vә s.-nin müdafiәsi üçün uzunmüddәtli fortifikasiya qurğuları (FQ) inşa edilir. FQ xәtti (uzun) [mәs., Böyük Çin sәddi, Roma imperiyasının limesi (әsasәn, Dunay vә Reyn boyunda, şm.-da Adrian sәddi vә s.), Uyğur xaqanlığının şm. sәrhәdi, Kiyev yaxınlığında “İlan sәdlәri”, Rusiyada ağac sәdlәr, Qәdim Xakasiya dövlәtindә Omay-Tura vә s.] vә qapalı (dairәvi) olur. FQ bir neçә cәrgәli, mürәkkәb planlı, tikililәri önә çıxarılmış vә s. ola bilәrdi. Hәm istehkamların arxasında gizlәnmiş düşmәnә qarşı mübarizәdә, hәm dә açıq yerlәrdә sәyyar FQ (mәs., araba “taborları” – vagenburqlar) tәtbiq edilirdi. FQ-nın inşasında landşaftın müdafiә xüsusiyyәtlәrindәn dә istifadә edilirdi.

    FQ arasında әn sadәsi vә çox zәhmәt tәlәb etmәyәni şaquli yonulmuş dağ әtәklәri – eskarplardır. Daha mürәkkәb qurğu xәndәklәrdir. Sәdlәrlә çox zaman divarlar bağlı idi. Ən sadәlәri bircәrgәli hörgülәr, çәpәrlәr vә s.-dir. İkicәrgәli, içәrisi sıxlaşdırılmış torpaqla doldurulan divarlar daha effektiv hesab olunurdu.

    FQ-nı möhkәmlәndirәn amillәrdәn biri dә müdafiә qüllәlәri, o cümlәdәn donjonlar idi. Müdafiә qurğularının әn etibarsız yeri qala qapılarıdır. Darvazaya xәndәklәr üzәrindәn möhkәmlәndirilmiş vә düşmәnin hücumu zamanı sökülә bilәn körpülәr vasitәsilә keçilirdi. Sonralar qaldırılan körpülәr yarandı. FQ-nın tәrkibinә gizli, çox vaxt yeraltı yollar (poternalar) da daxil idi.

    Texnikanın inkişaf etdiyi vә xammalla zәngin әrazilәrdә FQ-nda daş (o cümlәdәn siklopik tikililәrvә bişmiş kәrpic, ağac tikililәrdә isә rütubәtә davamlı palıd istifadә olunurdu. Çindә Neolit dövründәn etibarәn çox zәhmәt tәlәb etsә dә, olduqca möhkәm divarlar lay-lay sıxlaşdırılmış torpaq vә yapışdırıcı maddәlәrdәn quraşdırılırdı. Asiya- nın bir sıra bölgәsindә divarlar möhrәdәn yapılırdı. Xammalların kombinasiyası da geniş tәtbiq edilirdi. Qәdim FQ-nın әn möhtәşәm nümunәlәrindәn biri “kelt divarı”dır (oppid).

    FQ-nın yaranması vә inkişafı polisen- trik idi, hәrçәnd ki, mәnimsәnilmәlәr böyük rol oynayırdı. Neolitin keramikayaqәdәrki mәrhәlәsindәn başlayaraq FQ Yaxın Şәrqdә (Çatalhöyük, İyerixon, Maqzaliya vә s.), Neolitin keramika mәrhәlәsindә Balkanlardan Sarı dәnizә qәdәrki bir sıra mәdәniyyәtlәrdә, sonralar isә sabit oturaqlığın mövcud olduğu vә icma birliklәri başçılarının hakim rol oynadığı әrazilәrdә yayıldı. Feodal pәrakәndәliyi dövründә çoxsaylı qәsrlәr meydana gәldi. Müxtәlif dövrlәrdә bәzi dövlәtlәrdә (Sparta, Avar xaqanlığı, qәdim german mәdәniyyәtlәri, Monqol imperiyası) FQ-nın olmaması onların qonşulara nisbәtәn üstün hәrbi gücünü, işğalçılıq mәrhәlәsini әks etdirirdi.

    F. Yeni tarix vә Ən yeni tarix dövrlәrindә. 17 әsrdә FQ-nın inşası tәcrübәsi F. elmindә öyrәnilmәyә başlandı. FQ-nın müxtәlif sistemlәrini tәklif edәn F. mәktәblәri yarandı. F. nәzәriyyәsi vә praktikası Fransada geniş inkişaf etdi. S. de Voban F.-nı müvәqqәti vә uzunmüddәtli tikililәrә bölmәyi tәklif etdi. F.-ın inkişafına orduların odlu silahla, xüsusilә artilleriya ilә tәchiz olunması, hәmçinin 16–18 әsrlәrdә Qәrbi Avropa müharibәlәrindә hökm sürәn “taqәtdәnsalma” strategiyası böyük tәsir göstәrdi. 19 әsrin 70-ci illәrindә sәngәr, örtülü sәngәr vә blindaj kimi çöl FQ geniş yayıldı. Rusiya-Yaponiya müharibәsindәn (1904–05) sonra çöl F.-sına münasibәt dәyişdi. Çöl istehkamları ölkә әrazisinin 2–4 km içәrisinә doğru 2–3 cәrgә eşelonlaşdırılmış şәkildә quraşdırılırdı.

    Birinci dünya müharibәsi illәrindә sәngәrlәrdәn vә әlaqә yollarından geniş istifadә edilirdi. Artilleriyanın güclәnmәsi möhkәm qapalı atәş mövqelәrinin vә sığınacaqların tikilmәsini labüd etdi. Yeraltı qurğular geniş yayıldı. Tankların meydana gәlmәsi tankәleyhinә müxtәlif maneәlәrin yaradılmasına sәbәb oldu. 1918 ilin sonundan F.-nın әhәmiyyәti artmağa başladı: möhkәmlәndirilmiş mövqelәr әrazinin içәrisinә doğru genişlәndi. FQ-nın sıxlığı artdı, sәnaye, inzibati vә siyasi mәrkәzlәri, mühüm istiqamәtlәri qoruyan ilk möhkәmlәndirilmiş rayonlar (MR) meydana gәldi.

    Dünya müharibәlәri arasındakı dövrdә dövlәtlәrin hәrbi-mühәndis hazırlığı sahәsindә sәrhәdyanı müdafiә qurğuları sisteminin yaradılması ilә bağlı mәsәlәlәr öndә dururdu. Bütün dövlәtlәr tәdricәn quru sәr- hәdlәrin möhkәmlәndirilmәsinin yeni for- malarına – MR vә möhkәmlәndirilmiş xәtt formalarına keçdilәr. 1920–30-cu illәrdә Fransa, Belçika, Finlandiya vә Almaniyada möhkәmlәndirilmiş sәrhәd xәtlәri (“Majino xәtti”, “Mannerheym xәtti”, “Ziqfrid xәtti”) yaradıldı.

    İkinci dünya müharibәsi illәrindә uzunmüddәtli istehkamlar tәtbiq edilsә dә, müxtәlif sәbәblәr üzündәn (hücum vasitәlәrinin dağıdıcı gücünün artması vә s.) ümidlәri doğrultmadı. Müharibә gedişindә başlıca FQ çöl istehkamları oldu.

    Müharibәdәnsonrakı illәrdә adi silah növlәri vә kütlәvi qırğın silahı (KQS) inkişaf etdikcә F. ilә bağlı mәsәlәlәr artdı. Nüvә silahlarının gücü vә raketlәrin qeyri-mәhdud imkanları F.-nın tәtbiq miqyasının genişlәndirilmәsini tәlәb edirdi. F.-nın әn mühüm vәzifәsi dövlәtin strateji qüvvәlәrinin müdafiәsini tәmin etmәk oldu. Əhalinin vә mühüm tәsәrrüfat obyektlәrinin KQS-ndan qorunması mәsәlәsi ortaya çıxdı. Ordu F.-sında yeni istiqamәtlәr müәyyәnlәşdrildi: istehkamların unifikasiyası, onların qurulması işlәrinin mexaniklәşdirilmәsi, yığılıb-sökülәn FQ-nın geniş tәtbiqi. Yüksәkdәqiqlikli silahın meydana gәlmәsi ilә müdafiәnin mühәndis metodlarının (passiv müdafiә) fәal müdafiә vasitәlәri (HHM, RHM vә
    s.) ilә sәmәrәli birlәşdirilmәsi zәruriliyi yarandı. F. hazırda da hәrbi mühәndislik sәnәtindә mühüm rol oynayır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN