FORT-LÓDERDEYL (Fort Lauderdale) – ABŞ-da, Florida ştatında şәhәr. Əh. 180,1 min (2017). Atlantika okeanı sahilindә port. Beynәlxalq aeroport. Radioelektron, aviasiya, gәmiqayırma, cihazqayırma, poliqrafiya, yeyinti sәnayesi var. İqlim kurortu vә turizm mәrkәzidir. Balıq ovlanır.
Fort-Loderdeyl şәhәrindәn görünüş.