Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓRTOV 

    FÓRTOV Vladimir Yevgenyeviç (d.23.1.1946, Noginsk) – rus fiziki, REA akad. (1991) vә prezidenti (2013 –17). SSRİ Dövlәt mükafatı (1988), RF Dövlәt mükafatı (1997) laureatı. Moskva Fizika Texnika İn-tunu (1968) bitirmişdir. 1971–86 illәrdә Çernoqolovka qәsәbәsindә SSRİ EA-nın Fiziki Kimya İn-tunda işlәmişdir. 1986–1992 illәrdә SSRİ EA Yüksәk Temp-lar İn-tunun (indi Birlәşmiş Yüksәk Temp-lar İn-tutu, REA BYTİ ) şöbә müdiri, prof. (1982 ildәn), 1992 ildәn REA Ekstremal Halların İstilik Fizikası İn-tunun direktorudur. 1996–98 illәrdә RF Hökumәtinin sәdr müavini, RF Dövlәt Elm vә Texnolgiyalar Komitәsinin sәdri, elm vә texnolgiyalar naziri, 1996–2001 illәrdә REA vitse-prezidenti, 2002–13 illәrdә REA energetika, maşınqayırma, mexanika vә idarәetmә proseslәri bölmәsinin akademik-katibi, 2013 ildәn REA prezidenti, 2007 ildәn REA BYTİ-nin direktorudur. Elmi tәdqiqatları ekstremal yüksәk temp-lar vә tәzyiqlәr fizikası, sıx plazma fizikası, fiziki qazodinamika sahәsindәdir. F. güclü zәrbә dalga generatorları yaratmışdır, partlayıcı maddәlәr, lazer, relyativist elektron vә ion dәstәlәri istifadә etmәklә maddәlәrin fiziki parametrlәrinin eksperimental öyrәnilmәsi metodunu inkişaf etdirmişdir. Maddә halının geniş diapazonlu yarımempirik tәnliklәrinin quruluş metodunu işlәyib hazırlamışdır. F.-un rәhbәrliyi altında rekord mәhsuldarlıqlı super EHM yaradılmış, “Veqa” KA cihazlar kompleksinin meteoritә vә bir sıra peyklәrin, kosmik zondların zәrbәyә qarşı müdafiәsi üçün işlәr aparılmış, energetika obyektlәrinin elektromaqnit tәsirinә dayanıqlığının sınama metodları işlәnib hazırlanmış, perspektiv raket vә müdafiә texnikası qurğularının yaradılması üçün kompleks işlәr yerinә yetirilmişdir. F. Beynәlxalq kosmik stansiyasının Rusiya seqmentindә hәyata keçirilәn “Plazma kristalı” kosmik eksperimentinin elmi rәhbәridir.

    UNESCO-nun A.Eynşteyn ad. Beynәlxalq Qızıl medalı (2005) vә Fәxri legion ordeni (2006) ilı tәltif edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN