FORT-SMİT (Fort Smith) – ABŞ-ın c.-unda, Arkanzas ştatında şәhәr. Əh. 88 min (2017). Arkanzas çayı sahilindә port.
1817 ildә hәrbi mәskәn kimi salınmış, gen. Tomas Adams Smitin şәrәfinә adlandırılmışdır. Un-t (1928); tarix, dәmiryol, aviasiya muzeylәri vә s. fәaliyyәt göstәrir.
Mebel vә kağız sәnayesi mәrkәzidir. Tamlı mәhsullar, metal vәrәqlәr, şüşә, avtomobil hissәlәri istehsalı var.