FORT-UÉYN (Fort Wayne) – ABŞ-ın şm.-ında, İndiana ştatında şәhәr. Əh. 254 min (2010). Nәql. qovşağı.
1794 ildә ABŞ ordusu tәrәfindәn hindi xalqı mayamilәrin әnәnәvi paytaxtı Kekionq mәskәninin yerindә salınmış, gen. Entoni Ueynin şәrәfinә adlandırılmışdır. 1832–43 illәrdә Eri gölü ilә Uobaş çayını birlәşdirәn kanal inşa edilmişdir. Un-t (1890), kitabxana (1895), Texnologiya in-tu (1930), tәbiyyat tarixi, incәsәnәt, aviasiya muzeylәri, musiqi vә kino mәrkәzlәri; zoopark vә s. var.
Mühüm sәnaye vә ticarәt-maliyyә mәrkәzidir. Maşınqayırma (yük avtomobillәri üçün kuzovlar, detallar vә qovşaqlar, mәdәn maşınları, elektrotexnika, elektron vә mәdәn avadanlığı, soyuducu vә s. istehsalı), yeyinti, kimya sәnayesi, metal emalı var. 1692 ildә salınmışdır.