FOSFAT TURŞUSU, o r t o f o s f a t t u r ş u s u – oksidlәşmә dәrәcәsi +5 olan fosforun oksigenli turşusu, H3PO4. Rәngsiz hiqroskopik kristal maddәdir; tәr. 42,5°C, sıxlığı 1,88 q/sm3. Su ilә bütün nisbәtlәrdә qarışır. Çox qatı mәhlullardan hemihidrat H3PO4∙0,5H2O şәklindә kristallaşır. Susuz H3PO4 vә onun kristalhidratının molekulunda tetraedrik PO4 qrupu vardır. F. t. orta qüvvәtli üçәsaslı turşudur. Normal şәraitdә az fәaldır, yalnız karbonatlar, hidroksidlәr vә bәzi metallarla reaksiyaya girәrәk bir-, iki- vә üçәvәzli fosfatlar әmәlә gәtirir (bax Fosfatlar). 80°C-dәn yuxarı temp-rda, hәtta, qeyri-fәal oksidlәr, silisium (IV) oksid vә silikatlarla reaksiyaya girir. F.t. yüksәk temp-rlarda metallar üçün zәif oksidlәşdiricidir. Metal sәthә tәrkibindә Zn vә Mn әlavәlәri olan F.t. mәhlulu ilә tәsir etdikdә qoruyucu tәbәqә әmәlә gәlir (fosfatlaşma). F.t. qızdırıldıqda ardıcıl olaraq piro- vә metafosfat turşuları әmәlә gәtirmәklә su ayırır:
2H3PO4→H2O+H4P2O7; H4P2O7→H2O+2HPO3
Fosfoleum (maye fosfat anhidridi, superfosfat turşusu) tәrkibindә 72,4÷88,6% P2O5 olan turşulardır vә orto-, piro-, tripoli- , tetrapoli- vә d. fosfat turşularından ibarәt tarazlı sistemdir. F.t. laboratoriya şәraitindә fosforun 32%-li nitrat turşusu ilә oksidlәşmәsindәn asan alınır. Sәnayedә termiki vә ekstraksiya üsulları ilә alınır. F.t., әsasәn, fosfor vә mürәkkәb qatılaşdırılmış gübrәlәrin istehsalında, hәmçinin yem fosfatları, sintetik yuyucu vә suyumşaldıcı vasitәlәrin alınmasında tәtbiq edilir. F.t. metal emalı sәnayesindә fosfatlaşma üçün, toxuculuqda yun, bitki vә sintetik liflәrin işlәnmәsi vә boyanması üçün, üzvi sintezdә katalizator kimi istifadә olunur. F.t. vә onun törәmәlәri hәmçinin neftçıxarmada qazıma suspenziyaları
hazırlanması üçün, müxtәlif növ xüsusi şüşәlәrin istehsalında, fotoqrafiyada, tibdә, ağac emalında, qida sәnayesindә tәtbiq edilir.
Əd.: Термическая фосфорная кислота, соли и удобрения на ее основе. Под ред. Н.Н. Постникова, М., 1976.