Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOSFATLAR 

    FOSFATLAR – oksidlәşmә dәrәcәsi +5 olan fosforun oksigenli turşularının duzları vә efirlәri. Qeyri-üzvi F.-ın duzları ortofosfatlara vә polimer (kondenslәşmiş) F.-a ayrılır. Sonuncular tәrkibindә xәtti quruluşlu fosfat-anionu olan polifosfatlara, halqavarı (tsiklik) quruluşlu fosfat-anionu olan metafosfatlara vә torvarı şaxәli quruluşlu fosfat-anionu olan ultrafosfatlara bölünür. Ortofosfatlar ortofosfat turşusunun H3PO4 duzlarıdır. Birәvәzli vә ya dihidroortofosfatların tәrkibindә H2PO‾4 anionu var, suda hәll olur; tәrkibindә hidroortofosfat-anionu HPO2–4 vә ortofosfat-anionu PO3–4 saxlayan müvafiq iki- vә üçәvәzli ortofosfatlardan yalnız qәlәvi metalların vә ammonium duzları suda hәll olur. Üçәvәzli ortofosfatlar termiki davamlıdır (NH +4 , Hg2+ kationları olan F.-dan başqa), 2000°C-dәn yuxarı temp-rda Ca3(PO4)2 nәzәrә çarpacaq dәrәcәdә dissosiasiya edir. Hidro- vә dihidroortofosfatlar qızdırıldıqda dehidratlaşaraq polimer (xәtti vә halqavarı) fosfatlar әmәlә gәtirir.

    Fosforun bütün mineralları ortofosfatlardır (bax Tәbii fosfatlar). Sәnayedә suda hәll olan ortofosfatlar H3PO4-ün metalların hidroksidlәri, xloridlәri, karbonatları vә ya ammonyak ilә qarşılıqlı tәsirindәn, çәtin hәllolan ortofosfatlar isә mübadilә reaksiyaları ilә alınır.

    Müxtәlif quruluşlu polimer fosfatlar Mn+2PnO3n+1 (xәtti polifosfatlar) vә ya MnPnO3n (halqavarı, yaxud tsiklik metafosfatlar) formulları ilә tәsvir edilir. Polimer F.-ın xassәlәri kationun tәbiәtindәn, fosfat-anionunun quruluşundan, polimerlәşmә dәrәcәsinin n qiymәtindәn, quruluşdan vә s. asılıdır. Belә ki, xәtti polifosfatların hәllolma qabiliyyәti, bir qayda olaraq, polimerlәşmә dәrәcәsi artdıqca azalır, lakin polifosfatları modifikasiya etmәklә onların hәllolma qabiliyyәtini artırmaq olar. Polimer F. (xәtti vә halqavarı), әsasәn, hidro- vә dihidroortofosfatların termiki dehidratlaşmasından, yaxud müvafiq poli- vә ya metafosfat turşularının neytrallaşmasından alınır. Bu üsullardan sәnayedә natrium-difosfatın (pirofosfat) Na4P2O7, natrium-tripolifosfatın Na5P3O10, hәmçinin polimer metafosfatların (natrium-fosfatlı şüşәlәr, kalium-metafosfat vә s.) alınmasında istifadә olunır. Tsiklik metafosfatlar arasında trimeta-, tetrameta-, hek- sameta- vә oktametafosfatlar yaxşı öyrәnilmişdir. Ultrafosfatlar, bir qayda olaraq, amorf, şüşәyәbәnzәr maddәlәrdir, hiqros- kopik, poli- vә metafosfatlar әmәlә gәtirmәklә asan hidroliz olunurlar. Ultrafosfatlar ortofosfatların vә fosfat turşularının qarışıqlarının vә fosfor (V) oksid ilә termiki dehidratlaşmasından alınır.

    Kalsium, ammonium, kalium vә s. F. fosfor gübrәlәri vә heyvandarlıqda yemә әlavә kimi işlәdilir. Natrium vә kalium F. maye vә tozşәkilli yuyucu maddәlәrin komponenti kimi, toxuculuq sәnayesindә yunun, pambığın ağardılmasında vә boyanmasında, sement istehsalında tәtbiq edilir. F. qidaya әlavә kimi, emalların şirәlәrin (minaların), şüşәlәrin, odadavamlı materialların (antipirenlәr), yumşaq abrazivlәrin tәrkibinә daxildir. F. metallurgiyada metal mәmulatların sәthinin korroziyaya qarşı davamlılığını yüksәltmәk üçün fosfatlaşdırılmasında, әczaçılıq sәnayesindә dәrman preparatlar, diş pastaları vә tozlarının hazırlanmasında istifadә olunur. Fosfat turşularının efirlәri – üzvi F.-dan bir-, iki- vә üçәvәzli ortofosfatlar, müvafiq olaraq birli ROP(O)(OH)2, ikili (RO)2P(O)OH vә üçlü (RO)3PO (burada R – alkil, aril vә hetero-tsiklik radikal) daha çox mәlumdur. Üzvi F.-ın ümumi alınama üsulu POCl3-ün spirt vә ya fenollarla reaksiyasıdır (bax Fosfor-aşma). Üzvi F. pestisid, flotasiya reagenti, plastik materiallar üçün modifikasiyalaşdırıcı әlavә, yağlara aşqar kimi vә s. istifadә olunur. Bәzi üzvi F. (adenozinfosfat turşuları, fosfolipidlәr, nuklein turşuları vә s.) canlı orqanizmlәrdә mühüm funksiyaları yerinә yetirir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN