FOSFİDLƏR – fosforun elektromüsbәtliyi çox olan elementlәrlә birlәşmәlәri. Kimyәvi rabitәnin tipinә görә F., әsasәn, ion rabitәli, metalaoxşar vә kovalent rabitәli olur. İon rabitәli F.-ә qәlәvi vә qәlәvi-torpaq elementlәrin (Zn, Cd vә Hg), sink yarımqrupu metalların fosforlu birlәşmәlәri aiddir. Onlar asan hidrolizә uğrayır. PH3 ayrılmaqla turşularda yaxşı hәll olur, O2 axınında metal oksidlәri vә fosfor әmәlә gәtirmәklә yanır, halogenlәrlә reaksiyaya girir. Metalaoxşar fosfidlәr başlıca olaraq keçid metalların, o cümlәdәn nadir-torpaq elementlәrin fosforla birlәşmәlәridir. Belә F.-in tәrkibi bir qayda olaraq onları әmәlә gәtirәn elementlәrin valentliyinә uyğun gәlmir. Bu F. çәtin әriyir, suya vә turşulara qarşı davamlıdır, fosforun miqdarı artdıqca, onların kimyәvi davamlılığı artır. Bütün metalaoxşar fosfidlәr HF ilә HNO3 qarışığının tәsirindәn, elәcә dә qәlәvilәr vә metalların peroksidlәri ilә әridildikdә parçalanır. Metalaoxşar F.-in әksәriyyәti yarımkeçiricilәrdir. Kovalent F. dövri sistemin III vә IV qruplarının qeyri-keçid elementlәrinin (talliumdan başqa) fosforla birlәşmәlәridir. Onlar çәtin әriyәndir, suya vә digәr dağıdıcı mühitlәrә qarşı kimyәvi davamlılığı nümunәnin tәmizliyindәn asılıdır. Bütün kovalent F. yarımkeçiricilәrdir. Qeyri-metal vә yarımmetalların fosfidlәri, әsasәn, kovalent birlәşmәlәrdir. Onlar qaz vә bәrk maddәlәr, elektrofiziki xassәlәrinә görә dielektrik vә ya yarımkeçirici ola bilәr.
F.-in әsas alınma üsulları sadә maddәlәrdәn vakuumda, inert qaz atmosferindә vә ya fosfor buxarının tәzyiqi altında sintezindәn ibarәtdir.
F. yarımkeçirici vә optiki elektron materiallar kimi, Si monokristalların legirlәnmәsi, maşın detalları üzәrindә yeyilmәyә davamlı örtüklәrin yaradılması üçün vә s. istifadә olunur.