FOSFİNLƏR – 1) fosforun hidrogenlә birlәşmәlәri, qeyri-üzvi fosfinlәr (fosfor hidrid, hidrogen fosfid). Fosfin (hidrogen fosfid) PH3 kәskin çürümüş balıq iyi verәn rәngsiz qazdır; tәr. −133,8°C, tqayn. −87,4°C, sıxlığı 1,529 q/l. Benzolda, dietil efirindә, CS2-dә yaxşı, suda nisbәtәn hәll olur. PH3-ün elektrodonor xassәlәri ammonyakınkından xeyli zәifdir, lakin H atomu üzvi radikallarla әvәz edildikdә kәskin güclәnir. PH3 vә fosfonium duzları güclü reduksiyaedicilәrdir. Qızdırıldıqda PH3 parçalanır, havada 100°C-dәn yuxarı temp- rda alovlanır, az miqdarda P2H4-ün iştirakında öz-özünә yanır, O2 ilә qarışıqda partlayır. PH3 fosfidlәrin su vә ya turşu ilә qarşılıqlı tәsirindәn, habelә ağ fosforun qәlәvi mәhlulu vә KOH-ın PH4J ilә reaksiyasından alınır.
PH3, fosfor-üzvi birlәşmәlәrin sintezi, xüsusi tәmiz fosforu alınması üçün istifadә edilir. Zәhәrlidir, әsasәn sinir sisteminә tәsir edir, maddәlәr mübadilәsini pozur.
Difosfin P2H4 rәngsiz uçucu mayedir, әsasi xassәyә malik deyil, turşularla reaksiyaya girmir. Güclü reduksiyaedicidir, havada öz-özünә alovlanır, qızdırıldıqda vә işıqda saxlanıldıqda parçalanır.
2) Ümumi formulu RnPH3-n (R–üzvi radikal; n=1–3) olan birlәşmәlәr - üzvi fosfinlәr. Birli (n=1), ikili (n=2) vә üçlü (n=3) fosfinlәr fәrqlәndirilir. Hәmçinin, difosfinlәr (mәs., R2PPR2), trifosfinlәr vә tsikldә bir neçә P atomu, elәcә dә P atomu vә d. heteroatomlar olan tsiklik fosfinlәr mәlumdur. Üzvi fosfinlәr sәciyyәvi pis iyli (bir neçә aşağı nümayәndәlәri istisna olmaqla) maye vә kristallik maddәlәrdir, üzvi hәlledicilәrdә yaxşı, suda az hәll olur. Havada asan oksidlәşir. Üzvi fosfinlәr Lüis turşuları, keçid metalların hallogenidlәri vә karbonillәri, habelә Ni, Pd, Pt ilә kom- plekslәr, O vә S ilә müvafiq olaraq fosfinoksidlәr vә ya fosfinsulfidlәr, azidlәrlә fosfazobirlәşmәlәr әmәlә gәtirir. Halogenlәrin fosfinlәrә tәsirindәn halogenfosfinlәr vә ya halogen fosforanlar alınır.
Üzvi fosfinlәr üzvi sintezdә reagent, sürtkü yağlarına әlavәlәr, antipiren kimi istifadә olunur. Yağ sırası üzvi fosfinlәrin aşağı nümayәndәlәri zәhәrlidir vә orqanizmә tәsirinә görә PH3-ә oxşayır.