FOSFON BİRLƏŞMƏLƏRİ - kimyәvi birlәşmәlәr; ümumi formulu R4P+X- (R - H, alkil, aril vә s., X − qeyri-üzvi vә ya üzvi anion); onium birlәşmәlәrinә aiddir. Kristallik maddәlәrdir, suda, polyar hәlledicilәrdә hәll olur. Ən sadә nümayәndәlәri fosfonium duzlarıdır (mәs., H4PCl, H4PClO4), hәmçinin birli vә ikili F.b. asan hidroliz olunur vә qızdırıldıqda disossasiya edir. Dördlü F.b. daha davamlıdır; onların hidroksidlәri qüvvәtli әsaslardır (qızdırıldıqda üçlü fosfinlәrin oksidlәri әmәlә gәlir: R4P+OH-→R3P=O). F.b.-nin әsas alınma üsulu fosfin törәmәlәrinin alkil- vә ya arilhalogenidlәrlә reaksiyasıdır. Dördlü F.b. ekstragent, emulqator, flotoreagent kimi istifadә edilәn sәthi aktiv maddәlәrdir. Bәzi F.b. insektisid, bakterisid, bitkilәrin böyümәsini lәngidәn, qanqlionları blokada edәn xassәlәrә malikdir.