FOSFONATLAR – fosfon turşularının efirlәri; ümumi formulu RP(O)(OR′)n(OH)2–n, burada, R, R′ - üzvi radikallar, n – 1 (turş, birli F.) vә ya 2 (tam, ikili F.). Tәbiәtdә rast gәlinir (mәs., bәzi dәniz orqanizmlәrindә 2- aminetil vә 2-metilaminetilfosfon tur-şularının efirlәri aşkar edilmişdir) Aşağı F. suda hәllolan mayelәrdir; digәrlәri üzvi hәlledicilәrdә hәllolan kristallik maddәlәr vә ya yağlardır. Birli F. ortaqüvvәtli turşulardır (aminlәrlә duz әmәlә gәtirir); F.-ın çoxu hidrolizә davamlıdır; LiAlH4 tәsi- rindәn fosfinlәrә qәdәr reduksiya olunur. P atomunun yanında aktiv metilen qrupu olan F. karbonilli birlәşmәlәrin alkenillәşmәsi üçün istifadә olunur. Fosfon turşularının xloranhidridlәrinin RP(O)Cl2 spirtlәr, fenollar vә ya onların Na, yaxud K törәmәlәri ilә qarşılıqlı tәsirindәn, Arbuzov reaksiyası üzrә RHal tәsiri ilә üçlü fosfitlәrin yenidәn qruplaşmasından vә b. üsullarla alınır. F. insektisidlәr [mәs., xlorofos Cl3CCH(OH)P(O)(OCH3)2], sәthi aktiv maddәlәr (turş F. vә onların duzları), dәrman vasitәlәri [armin – etil-(n-nitrofenil) etilfosfonat] kimi vә s. istifadә olunur. Fosfon turşularının duzları da F. adlanır.