Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOSFOR GÜBRƏLƏRİ

    FOSFOR GÜBRƏLƏRİ – tәrkibindә bitkilәrin әsas qida elementi kimi fosfor olan mineral gübrәlәr. 4 növә ayrılır: s u d a h ә l l o l a n l a r (mәs., ammofos, diammofos, superfosfatlar); s i t r a t d a    h ә l l o l a n l a r  (ammonium-sitratın qәlәvi mәhlulunda hәll olur; presipitat vә s.); l i m o n   t u r ş u s u n d a   h ә l l o l a n l a r  (limon turşusunun 2%-li sulu mәhlulunda hәll olur; flüorsuzlaşdırılmış fosfat, әridilmiş maqnezium-fosfat, termofosfatlar vә s.); ç ә t i n   h ә l l o l a n l a r (zәif turşularda çox pis hәllolanlar, suda hәllolmayanlar; fosforit vә sümük unları). Sudahәllolan gübrәlәr, әsasәn, dәnәvәr (1–4 mm), sitratda vә limon turşusunda hәllolanlar, adәtәn, toz, çәtin hәllolanlar yalnız narın dispers şәklindә tәtbiq edilir. Əksәr F.g.-nin istehsalı üçün әsas xammal kimi tәbii fosfatlar istifadә olunur. Onlar aşağıdakı üsullarla emal edilir: turşu ilә parçalanma (superfosfatlar); fosforun elektrosublimasiyası vә sonradan oksidlәşmәsi ilә termiki H3PO4-ün әmәlә gәlmәsi (ikiqat superfosfat); flüorun çıxarılması vә fosforun sitrat vә limon turşusunda hәllolan formalara çevrilmәsi (flüorsuzlaşdırılmış fosfatlar) ilә hidrotermiki parçalanma; qәlәvi vә qәlәvi-torpaq metalların birlәşmәlәri ilә bişirilmә vә ya әridilmә (termofosfatlar); xırdalama, qurudulma vә narın üyüdülmә (fosforit unu).

    F.g.-nin növlәri arasında suda hәllolan gübrәlәr әn universaldır. Onlar sәpinә qәdәr (әsasәn), sәpin zamanı (mәs., cәrgәlәrә) vә sәpindәn sonra әlavә qida kimi bütün növ torpaqlara vә k.t. bitkilәrinә verilir. Hәmçinin sitratda vә limon turşusunda hәllolan gübrәlәr hәr cür torpaqda bütün bitkilәr üçün istifadә edilir. F.g. bitkilәrin böyümәsinә vә inkişafına yaxşı tәsir göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN