Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOSFOR HALOGENİDLƏR

    FOSFOR HALOGENİDLƏR – fosforun halogenli birlәşmәlәri. Trihalogenidlәr PX3, pentahalogenidlәr PX5 (X = F, Cl, Br), qarışıq halogenidlәr (mәs., PClF2, PCl2F3), oksi-(POX3) vә tiohalogenidlәr (PSX3), aşağı halogenidlәr P(II), halogenidlәr (mәs., P2Cl4, P2I4), polihalogenidlәr (mәs., PBr7, PCl6I) mәlumdur.

    F.h. yüksәk reaksiya qabiliyyәtinә malikdir vә kimyәvi fәallığı flüoridlәrindәn yodidlәrinә doğru azalır, vakuumda parçalanmadan qovulur, su ilә asan hidroliz olunur. Fosfor halogenidlәr susuz mühitdә PCl3∙5NH3 tipli birlәşmәlәr әmәlә gәtirir. Fosfor halogenidlәrdәn әn çox fosfor(III)xlorid PCl3 vә fosfor(V)xlorid PCl5 öyrәnilmişdir.

    F o s f o r (I I I) x l o r  i d  PCl3 rәngsiz mayedir; tqayn. 76,1°C, sıxlığı 1,575 q/sm3. Efirdә, benzolda, xloroformda, CS2 vә CCl4-dә hәll olur. Suda asan hidroliz olunaraq fosfit vә xlorid turşuları әmәlә gәtirir. Ağ fosforun CS2-dә mәhluluna Cl2 buraxmaqla vә ya xlor axınında fosforu yandırmaqla alınır. Fosfor-üzvi birlәşmәlәrin alınmasında, boyalar, dәrman vasitәlәri, insektisidlәr vә sәthi-aktiv maddәlәrin istehsalında istifadә olunur. Zәhәrlidir, yanıq törәdir, gözü vә tәnәffüz yollarını qıcıqlandırır.

    F o s f o r (V) x l o r i d  PCl5, yaşımtıl-ağ kristal maddәdir; tәr. 167°C, sıxlığı 2,11 q/sm3. Asan sublimasiya olunur, CCl4 vә CS2-dә hәll olur. POCl3 vә xlorid turşusu әmәlә gәtirmәklә suda hidroliz olunur. Fosfor (V) xlorid PCl3-ün xlorlaşmasından alınır. PCl5, әsasәn, xlorlaşdırıcı agent kimi üzvi sintezdә istifadә olunur. Zәhәrlidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN