FOSFORESSENSİYA (yun. phosphoros – işıqsaçan + lat. escentia–zәif tәsiri göstәrәn şәkilçi) – hәyәcanlandırıcı tәsir kәsildikdәn sonra uzun müddәt davam edәn (fluoressensiyadan fәrqli olaraq) lüminessensiya. Şüalanma müddәtinә görә lüminessensiyanın F. vә fluoressensiyaya ayrılması tamamilә şәrtidir vә әslindә köhnәlmişdir. F.-nın davametmә müddәti müxtәlif lüminoforlarda geniş diapazonda (~10–5 –105 san) dәyişә bilәr.
Kristallofosforların F.-sı hәyәcanlanma zamanı ayrılmış elektron vә deşiklәrin rekombinasiyası nәticәsindә yaranır. Şüalanmanın uzun müddәt davam etmәsi elektron vә deşiklәrin müxtәlif “tәlәlәr” tәrәfindәn tutulması ilә әlaqәdardır vә onlar bu haldan istilik hәrәkәti vә ya işıq tәsiri ilә әlavә enerji almaqla çıxa bilәr. Mürәkkәb üzvi molekulların F.-sı onların metastabil enerji sәviyyәlәrinә keçmәsi ilә әlaqәdardır.
Üzvi molekulların parlaqlığı adәtәn zamana görә eksponensial qanunla azalır. Kristallofosforların lüminessensiyasının parlaqlığının sönmә qanunu mürәkkәbdir, bәzi hallarda o, Bekkerel düsturu ilә tәqribi tәsvir olunur: B = B0 (1+at)α (B0 – başlanğıc parlaqlıq, t – zaman, a vә α sabitlәrdir). Kristallofosforların temp-runun yüksәlmәsi, bir qayda olaraq, F.-nın sönmәsini sürәtlәndirir.