FOSFORİT UNU – fosfor gübrәlәrinin növlәrindәn biri. Boz vә ya qonur rәngli narın dispers toz; suda hәll olmur, limon, alma vә digәr zәif turşularda pis, HCl vә HNO3 qarışığında tam hәll olur. Tәrkibindә P2O5-in miqdarı bir qayda olaraq 19–30% tәşkil edir. Əsas fosfattәrkibli komponenti kalsium-ortofosfatdır vә bitkilәrin çәtin mәnimsәdiyi Ca3(PO4)2·CaCO3-ün cüzi miqdarda 3Ca3(PO4)2·CaF2, Fe, Al vә d. qarışığı halında olur.
F.u. jelvak, balıqqulağı vә bir sıra karst sırası fosforitlәri (vә ya onların mәhsullarının zәnginlәşdirilmәsindәn) xırdalamaqla istehsal edilir. Xammal (gübrә kimi bilavasitә tәtbiqi üçün) aşağıdakı kimi qiymәtlәndirilir: limon vә ya qarışqa turşusunun 2%-li mәhlulunda P2O5 kütlәcә azı 60% hәll olmalıdır.
F.u. payız şumunda әsas gübrә kimi istifadә edilir. Küllü, turş, boz meşә, bataqlıq vә yuyulmuş qara torpaqlarda daha sәmәrәlidir. F.u., hәmçinin digәr gübrәlәrlә (mәs., kalium gübrәlәri) qarışıq halda tәtbiq edilir. Uzun müddәtli tәsir etmәsi, yaprıxmaması, yaxşı sәpilmәsi, maya dәyәrinin aşağı olması vә ekoloji tәhlükәsizliyi onun üstünlüklәri, çox tozlanması isә çatışmazlığıdır.