FOSFORİTLƏR – tәrkibinin 50%-indәn çoxu apatit qrupunun amorf vә ya mikrokristallik minerallarından ibarәt olan çökmә süxurlar. F.-in tәrkibindә P2O5-in miqdarı 18%-dәn çox olur. Geol. kәşfiyyat praktikasında, xüsusilә açıq istismar vә asansaflaşdırma şәraitindә tәrkibindә 5%-dәn 18%-әdәk P2O5 olan süxurlar da F.-ә aid edilir. Tәmiz F.-in rәngi ağ olur. Tәbiәtdә isә, adәtәn, qara vә boz, nadir hallarda qatışıqlardan asılı olaraq yaşıl, qırmızı, sarı, açıq-boz rәnglәrdә tapılır. F. adәtәn çökmә süxurlar arasında konkresiya formasında, lay (bәzәn çox qalın) vә dәnәli kütlәlәr şәklindә rast gәlinir. F., әsasәn, 90%-әdәk fosfor gübrәlәrinin hazırlanmasında, nadir hallarda fosfor elementinin alınmasında istifadә edilir. Bәzi F.-in emalı zamanı yanaşı olaraq uran, nadir torpaq elementlәri, F vә V alınır.