Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓSSA 

    FÓSSA (Cryptoprocta ferox) – viveralar fәsilәsindәn mәmәli; eyniadlı cinsin yeganә növü. Xaricdәn iri, hamartüklü pişiyә bәnzәyir. Süysün hünd. 37 sm-әdәk, bәdәninin uz. 80 sm-ә qәdәr, quyruğu 65 sm-ә yaxın, kütlәsi 9 kq-adәk olur. Ətrafları uzun, pәncәlәri yarımdartıcı iti caynaqlıdır. Üzü nisbәtәn qısa, alnı enli, iri qulaqları girdәdir, vibrislәri çox uzundur. Tükü qısa, sıx, yumşaq, boz-qәhvәyidir. Madaqaskarın әn iri yırtıcısı vә endemikidir; mәrkәzi platodan başqa meşәlәrin hәr yerindә rast gәlinir, dağlara 2000 m-әdәk hünd.-yә qalxır; qida axtarışında savannaya girә bilir. Gecә fәaldır. Əsasәn ağaclarda yaşayır. Müxtәlif tәbii yerlәrdә sığınacaq tapır. Kiçik onurğalılarla (elәcә dә lemurlarla), cücülәrlә qidalanır. Yeyә bilәcәyindәn çox öldürür. Toyuq hininә hücum edәrәk, yerli әhaliyә nәzәrә çarpacaq dәrәcәdә ziyan vurur. Geniş sahәlәrdә (1 km2-ә qәdәr) tәk yaşayır. Dişisi 2–4 bala verir. Cinsi yetkinliyә 4 yaşında çatır. Heyvanxanalarda saxlandıqda 17–20 il yaşayır. Toxunulmamış meşә sahәlәrinin azalması ilә növün sayı azalır. BTMİ-nin Qırmızı siyahısına әsasәn F.-nın vәziyyәti tәhlükәli kimi qiymәtlәndirilmişdir.

     Fossa (Cryptoprocta ferox).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN