FOSSİLƏŞMƏ, d a ş l a ş m a (lat. fossilis – qazıntı) – heyvanların vә bitkilәrin ölümündәn sonra temp-r vә tәzyiq kimi bir sıra amillәrin tәsiri ilә, skelet maddәlәrinin digәr mineral maddәlәrlә әvәz olunması, hәmçinin üzvi qalıqlarda olan boşluqların mineral maddәlәrlә dolması nәticәsindә daşlaşması.