Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÓSSLER 

    FÓSSLER (Vossler) Karl (6.9.1872, Hoenhaym – 18.5.1949, Münxen) – alman dilçisi vә әdәbiyyatşünası. Dilçilikdә estetik idealizm mәktәbinin banisidir. Tübingen, Cenevrә, Strasburq, Roma, Heydelberq un-tlәrindә tәhsil almışdır. Heydelberq (1902), Vürtsburq (1909–10), Münxen (1911–37, 1945–47) un-tlәrinin prof.-u olmuşdur. F. vә onun tәlәbәlәrinin әsas әsәrlәri roman ölkәlәrinin görkәmli yazıçılarının üslubuna hәsr olunmuşdur. Roman dillәri vә әdәbiyyatlarına dair әsәrlәrin müәllifidir.

    F. dilçilik vә әdәbiyyatşünaslığı fәlsәfә vә mәdәniyyәt tarixi ilә әlaqәlәndirirdi. Öz yanaşmasını estetik idealizm adlandıran F. pozitivist dilçiliyi, o cümlәdәn dili “verilmiş vә tamamlanmış bir şey” kimi nәzәrdәn keçirәn gәnc qrammatiklәri kәskin tәnqid edirdi. F. üçün dilin inkişafı sәbәblәri vә dilin yaradıcı xüsusiyyәti әn mühüm problemlәr olmuş vә o, bu istiqamәtdә K.V. fon Humboldtun ideyalarını davam etdirmişdir. Çoxlu tәlәbәsi vә ardıcılları olmuşdur (L.Şpitser, V.Klemperer vә b.).

    Ə s ә r l ә r i: Sprache als Schöpfung und Entwicklung. Hdlb., 1905; Die romanischen Kulturen und der deutsche Geist. Darmstadt. 1963; Эстетический идеализм: Избр. работы по языкознанию. М., 2007.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN