FÓSTER Codi (d.19.11.1962, Los-Anceles) – amerikan kinoaktrisası, rejissor, prodüser. Los-Ancelesdәki fransız liseyini bitirdikdәn (1980) sonra Yel Un-tindә әdәbiyyat üzrә tәhsil almışdır (1985). F. üç yaşından reklam çarxlarında vә teleseriallarda çәkilmәyә başlamışdır. 70-ci illәrdә U.Disney studiyasının bir neçә filmindә oynamışdır. Kinoda ilk böyük rolu 1973 ildә “Napoleon vә Samanta” filmindә olmuşdur. 1974 ildә M.Skorsezenin “Alisa daha burada yaşamır” vә “Taksi sürücüsü” filmlәrindә çәkilmişdir. Digәr filmlәri: “Müqәssirlәr” (1988, “Oskar” vә “Qızıl qlobus” mükafatları), “Quzuların susması” (1992, “Oskar” mükafatı), “Maverik” (1994), “Kontakt” (1997), “Anna vә kral” (1999), “Qorxu otağı” (2002), “Uçuş illüziyası” (2005), “Tutulmayan oğru deyil” (2006), “Cәsarәtli” (2007), “Nim adası” (2008) vә s. “Maliyyә monstrı” (2016) filminin rej.-dur. Baş rolda çәkildiyi bir sıra filmlәrin (“Ovsunlanmış”, 1985; “Balaca adam Teyt”, 1991; “Bayramda evә getmәk”, 1995; “Uşaq rәqsi”, 1998; “Tәhlükәli oyunlar”, 2002; “Qunduz”, 2010 vә s.) rej.-u vә prodüseridir. Kinematoqraf sahәsindәki böyük nailiyyәtlәrinә görә F. “Qızıl qlobus” xüsusi mükafatına layiq görülmüşdür (2013).