Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOŞ 

    FOŞ (Foch) Ferdinand (2.10.1851,Tarb – 20.3.1929, Paris) – Fransa hәrbi xadimi vә marşalı (1918), B.Britaniya feldmarşalı (1919) vә Polşa marşalı (1923). Fransa Akademiyasının üzvü (1918). Sent-Etyen vә Metsdә yezuit kolleclәrindә tәhsil almışdır. Fransa Hәrbi Akademiyasını bitirmiş (1887), akademiyanın prof.-u (1895–1900) vә rәisi (1907–11) olmuşdur. Napoleon taktikasını vә onun müasir şәraitdә tәtbiqi yollarını araşdırmışdır. Birinci dünya müharibәsi (1914–18) illәrindә Qәrb cәbhәsindәki fransız qoşunlarının baş komandanı gen. J.Joffrun kömәkçisi (1914, oktyabr), “Şimal” orduları qrupunun komandanı (1915 ilin yanvarından) olmuşdur. Joffrun istefasından sonra F. komandanlıqdan uzaqlaşdırılmış vә Hәrbi Tәdqiqatlar Mәrkәzinin rәisi tәyin edilmişdir. 1917 ildәn baş qәrargah rәisi, müttәfiqlәrin Ali hәrbi şurasının üzvü, 1918 ilin martından müttәfiq qoşunlarının ali baş komandanı, 1919 ildәn Antantanın Ali hәrbi şurasının sәdri olmuşdur. 1920 ilin yanvarında Paris sülh konfransı (1919–20) Ali Şurasının iclasında mәruzә ilә çıxış edәrәk Qafqaza bir neçә diviziya göndәrmәyi zәruri saymış vә hesab etmişdir ki, yalnız hәrbi qüvvә ilә Qafqazın bolşevik işğalı tәhlükәsindәn xilası mümkündür. Rur vilayәti işğalının (1923) tәşәbbüskarlardan biridir. Hәrbi nәzәriyyәyә dair әsәrlәrin vә memuarların müәllifidir. Fәxri legion ordeninin Böyük xaç nişanına (1915) layiq görülmüşdür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN