FOŞÁN – Çinin c.-unda, Quandun әyalәtindә şәhәr. Əh. 7,7 mln. (2017). Çjuszyan çayının deltasında yerlәşir. Quançjounun sәnaye peyk-şәhәridir.
Foşan şәhәrindәn görünüş.
Qәdimdәn çini vә ipәkәyirmә müәssisәlәri ilә şöhrәt qazanmışdır. 18 әsrdә iqtisadi sahәdә Xançjou ilә rәqabәt aparmışdır.
Maşınqayırma, toxuculuq, çini-keramika sәnayesi, sәnәtkarlıq var.