FOTOAKUSTİK HADİSƏLƏR – optik şüalanmanın tәsiri altında mühitlәrdә sәs (akustik) dalğalarının әmәlә gәlmәsi. F.h. çox vaxt işıqla şüalanan mühitdә istilik effektlәrilә bağlı olur. Əgәr optik şüalanmanın intensivliyi modulyasiya olunubsa, onda udulma әmsalı kifayәt qәdәr olan şüalanan mühitdә temperatur dalğaları yaranır. Mühitin qeyri-stasionar qızmasına sәbәb olan bu dalğalar onun sıxlığının dәyişmәsinә vә işığın udulma oblastını әhatә edәn fәzada akustik dalğaların yayılmasına gәtirir. Modulyasiya edilmәmiş işıq dәstәsi ifrat sәs sürәtilә bircins mühit üzәrindә hәrәkәt edәrsә, sәs dalğalarının şüalanması baş verir (Çerenkov-Vavilov şüalanmasına bәnzәr).
İntensivliyi yüksәk tezliklә modulyasiya edilmiş şüalanma yarımkeçirici üzәrinә düşdükdә F.h.-in elektron-deformasiya mexanizmi üstünlük tәşkil edir ki, bu da işığın tәsirilә atomlar arasındakı rabitә qüvvәlәrinin dәyişmәsi vә mexaniki gәrginliklәrin baş vermәsilә bağlıdır.