FOTOAVTOMÁT – fotoportretlәrin çәkilmәsini, ekspozisiya verilmiş fotomaterialların emalını vә 1-dәn 9-a qәdәr hazır ağ-qara, yaxud rәngli fotoşәkillәrin (әsasәn, 3x4 vә ya 4x6 ölçülü) verilmәsini avtomatik yerinә yetirәn fototexniki qurğu. F. iki hissәyә ayrılmış kabinәdәn ibarәtdir: birinci hissәdә şәkil çәkdirmәk üçün kürsü vә işıqlandırıcılar, o biri hissәdә fotokamera, içәrisindә su vә emal mәhlulları olan çәnlәr, fotokağızların kәsilmәsi, nәql edilmәsi vә hazır fotoşәkillәrin veriş novuna göndәrilmәsi üçün mexanizm yerlәşdirilir. F.-da, adәtәn, nәmlәnmәyәn altlıqlı (astarlı) reversiv fotokağızlardan istifadә edilir.