Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTOBİOLOGİYA 

    FOTOBİOLOGİYA – canlı sistemlәrdә, bu sistemlәrin bir vә ya bir neçә xromoforu (fotoreseptoru ilә) tәrәfindәn udulmuş işığın tәsiri ilә baş verәn bioloji proseslәr haqqında elm. F.-nın әsasını sadә vә mürәkkәb üzvi mollekulların, boyaq maddәlәrinin, tәbii vә sintetik piqmentlәrin fotofiziki vә fotokimyәvi xassәlәrini öyrәnәrәkәn eks-perimental nәticәlәrdәn alınan bioloji molekulların vә mürәkkәb bioloji strukturların fiziki-kimyәvi xassәlәri haqqında nәzәri anlayışlar tәşkil edir. İşıq mәhlullarda, suspenziyalarda, adsorbatlarda, nizama salınmış sistemlәrdә, hüceyrә membranlarında, hüceyrәlәrdә, toxumalarda, bütün orqanizmdә müxtәlif fotoproseslәrә tәkan verir. Çox vaxt bu proseslәr sәrbәst-radikal tәbiәtli olur vә sonrakı qaranlıq (işıqsız gedәn) reaksiyalarda davam edir. Belә proseslәrin öyrәnilmәsi fizika, kimya, biofizika vә biologianın müasir anlayışlarından istifadәni tәlәb edir. Fotobioloji proseslәrin ilkin mәrhәlәsinin mexanizmlәrini bilmәk fotosintez, görmә, ultrabәnövşәyi vә lazer şüalanmasının zәrәrli vә müalicәvi tәsiri kimi hallarda udulmuş işıq kvantlarının (fotonların) enerjisinin transformasiyasını başa düşmәk üçün zәruridir. Fotobioloji proseslәrin ilkin mәrhәlәsinin öyrәnilmәsi lüminessensiya, nüvә maqnit rezonansının spektroskopik tәdqiqat metodları ilә sıx bağlıdır. Bütün bunlar dәrin bilik vә fiziki-kimyәvi eksperimentin metodikasını tәlәb edir. Fotostimulәedici proseslәrin mexanizmini öyrәnәn müasir F.-nın mahiyyәti mәhz bundadır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN