FOTOBÖYÜDÜCÜ, f o t o q r a f i y a b ö y ü d ü c ü c i h a z ı – fotokağızda neqativdәn böyüdülmüş pozitiv almaq üçün optik cihaz. Əsas hissәlәri proyeksiya başlığı (işıqlandırıcı, neqativtutan vә proyeksiya obyektivinin yerdәyişmә qovşağı ilә), obyektiv, kronşteynli şaquli dayaq (ştanq) vә ekrandır (masadır). Ən çox yayılmış növü böyütmә dәrәcәsi 8–15 dәfә olan şaquli F.-dür. F.-lәrin çoxu böyütmә miqyası dәyişәn zaman obyektivi avtomatik fokuslayan (fokusa yığan) qurğu ilә, elәcә dә korrektәedici işıq süzgәclәri üçün (rәngli tәsvirlәrin fotoçapı üçün) novla tәchiz olunub.