FOTODİÓD (foto + ...diod) – optik şüalanmanın tәsiri nәticәsindә birtәrәfli fotokeçiricilik xassәsinә malik olan yarımkeçirici diod. F. elektron-deşik (p-n) keçidinә malik yarımkeçirici kristaldan ibarәtdir (Ge, Si, GaAs, HgCdTe vә s. materiallardan hazırlanır) vә hәr iki oblastdan (biri p, digәri n-oblastından) ayrıca metal çıxımları olur. F.-un iş prinsipi yarımkeçrici keçid (p-n keçidi, heterokeçid, yaxud metal-yarımkeçirici kontaktı) oblastı yaxınlığında işığın udulmasına әsaslanır. F.-un 2 iş rejimi var: f o t o d i o d r e j i m i n d ә onun xarici dövrәsinә sabit cәrәyan mәnbәyi qoşulur, bu da p-n keçidindә әks sürüşmә gәrginliyi yaradır; v e n t i l r e j i m i n d ә F.-dan fotoelektrik hәrәkәt qüvvәsi generatoru kimi istifadә olunur. F.-un әsas parametrlәri bunlardır: hәssaslıq hәddi 10–14 Vt /√Hs, әtalәtliliyi 10–10 san; spektral hәssaslıq sahәsi 0,3–15 mkm. Xarakteristikalarına görә p-n strukturlu F.-a yaxın, lakin әtalәtliliyi xeyli az (10–10 san-dәk) olan p-i-n strukturlu F.-lar da var. F.-lar optik elektronika, avtomatika, hesablama vә ölçü texnikasında fotoelement kimi (ventil rejimi), hәmçinin elektrik dövrәlәrindә cәrәyanı idarә etmәk üçün (fotodiod rejimi) tәtbiq edilir.