FOTOELASTİKLİK (pyezooptik effekt, fotoelastik effekt, elastik-optik effekt) – mexaniki gәrginliklәrin tәsiri altında bәrk cisimlәrin sındırma әmsalının dәyişmәsi. Alman fiziki T.İ.Zeyebek (1813) vә şotland fiziki D.Brüster (1816) tәrәfindәn kәşf edilmişdfir. F. maddәnin dielektrik nüfuzluğunun deformasiyadan asılılığının nәticәsidir. Mexaniki gәrginliklәrin tәsiri altında baş verәn ikiqatişıqsınması vә dixroizm şәklindә meydana çıxır. Hesablanması çox mürәkkәb olan mexaniki konstruksiyalarda gәrginliklәrin tәdqiqi zamanı vә hәmçinin müxtәlif akustooptik qurğuların kömәyilә lazerin şüalanma tezliyinin modulyasiyası üçün F.-dәn istifadә edilir.