FOTOELEKTRİK GÜCLƏNDİRİCİSİ – aktiv elementlәri (fotoelement, fotorezistor, fotoartıran vә s.) fotoelektrik çeviricisi olan elektrik siqnalları güclәndiricisi. Daxil olan siqnalın işıq selinin parlaqlığını, yaxud istiqamәtini dәyişmәsi nәticәsindә fotoelektrik çeviricisinin işığahәssas elementinin işıqlandırılması dәyişir vә uyğun olaraq güclәndiricinin çıxışındakı elektrik siqnalı güclәnir, yaxud zәiflәyir. F.g.-lәr ölçü cihazlarında, mәs., fotoqalvanometr kompensasiya cihazlarında, infraqırmızı spektrometrdә vә s. tәtbiq edilir.