FOTOELEKTRİK HADİSƏLƏRİ – elektromaqnit şüalanmasının tәsiri ilә maddәlәrdә baş verәn elektrik hadisәlәri (elektrikkeçiriciliyinin dәyişmәsi, e.h.q.-nin әmәlә gәlmәsi vә s.). F.h. udulan fotonun enerjisi maddәdә elektronun kvant halının dәyişmәsinә (kvant keçidinә) sәrf olunduğu hallarda baş verir. F.h. bәrk cisimlәrdә, ma- yelәrdә vә qazlarda müşahidә edilir. Fotonun enerjisi yalnız atomun hәyәcanlanmasına kifayәt edәrsә, maddәnin dielektrik nüfuzluğunun dәyişmәsi (fotodielektrik effekti), keçirici elektronların vә deşiklәrin generasiyasına (maddәdә әlavә yükdaşıyıcıların yaranmasına) kifayәt edәrsә onda cismin elektrikkeçiriciliyinin artması baş verir (bax Fotokeçiricilik). İşığın tәsiri ilә kontaktda olan iki müxtәlif növ yarımkeçiricidәn, yarımkeçirici–metaldan, metal– dielektrikdәn, metal–elektrolitdәn vә s. ibarәt sistemdә e.h.q.-nin yaranması hadisәsi f o t o q a l v a n i k e f f e k t vә ya bağlı tәbәqәdә fotoeffekt adlanır. Bu effekti ilk dәfә Bekkerel metal – elektrolit kontaktında müşahidә etmişdir (1839). İki p vә n yarımkeçirici kontaktında (p-n keçiddә) yaranan foto e.h.q. geniş praktiki әhәmiyyәtә malikdir. Foto e.h.q.nin yaranması işığın tәsiri ilә әmәlә gәlәn yükdaşıyıcıların hәcmdә ayrılması ilә әlaqәdardır. Yüklәrin bu ayrılması onların diffuziyası, elektrik vә maqnit sahәlәrindә dreyf hәrәkәtlәri, kristalın qeyri – bircinsliyi, kristalın müәyyәn istiqamәtdә sıxılması vә s. nәticәsindә baş verir. Bircins yarımkeçiricinin qeyri-bәrabәr işıqlanması nәticәsindә yaranan yükdaşıyıcıların konsentrasiyasının hәcmdә qeyri-bәrabәr paylanması, elektron vә deşiklәrin diffuziya sürәtlәrinin müxtәlif olması hesabına yaranan e.h.q. d i f f u z i y a vә ya D e m b e r f o t o e.h.q. adlanır.
Fotonun enerjisi qazın atom vә molekullarının ionlaşması üçün kifayәtdirsә, fotoionlaşma prosesi baş verir. Bu proses qazlarda elektrik boşalmalarında yükdaşıyıcıların әmәlә gәlmәsindә böyük rol oynayır. Elektromaqnit şüalanmasının tәsiri ilә bәrk cisim daxilindә elektronun bağlı haldan kvazisәrbәst hala keçmәsi ilә әlaqәdar olan F.h. daxili fotoeffekt, elektromaqnit şüalanmasının tәsiri ilә maye vә bәrk cisimdәn әtraf mühitә elektronların çıxarılması hadisәsi fotoelektron emissiyası vә ya xarici fotoeffekt (bax Fotoeffekt) adlanır.