FOTOELEKTRİK SPEKTROSKOPİYASI – yarımkeçiricilәrin aşqar fotokeçirciliyinin spektrlәrinә әsasәn onların aşqarlarının kimyәvi tәrkibinin vә energetik strukturunun öyrәnilmәsi. F.s.-nda aşqar atomlarının ikipillәli ionlaşması tәtbiq edilir: aşqar atomu әvvәlcә fotonu udur vә hәyәcanlanmış әlaqәli hala keçir, sonra isә kristal atomlarının istilik rәqslәri ilә ionlaşır (f o t o t e r m i k i o n l a ş m a). Yarımkeçiricinin aşqar atomlarının optik hәyәcanlanması üçün onları monoxromatik şüa ilә şüalandırırlar [tezliyi (ν) rәvan dәyişmәklә]. Müәyyәn ν tezliklәrindә (fotonların hν enerjisindә) aşqar atomu foton udaraq hәyәcanlanmış hala keçir. Kristalın temp-ru elә seçilir ki, yalnız hәyәcanlanmış atomlar ionlaşır. Nәticәdә müәyyәn ν tezliklәrindә (işığın λ dalğa uz.-nda) yarımkeçiricidә sәrbәst yükdaşıyıcılar (elektron vә deşiklәr) yaranır, yәni fotokeçiricilik baş verir. Fotokeçiricinin spektrindә xәtlәrin vәziyyәti verilәn yarımkeçiricidә hәr bir aşqar atom növü üçün xarakterikdir. Spektrin vә ayrı-ayrı xәtlәrin formasına әsasәn aşqar atomların enengetik strukturunu, onların qarşılıqlı tәsirini, aşqar komplekslәrin yaranmasını, aşqar atomlarının paylanmasının bircinslilik dәrәcәsini vә hәmçinin onların kimyәvi tәrkibini tәyin edirlәr.
F.s. çox hәssas analiz metodudur. O, silisiumda, qallium-fosfiddә, qallium-arseniddә, indium-fosfiddә, indium-stibiumda, kadmium-tellurda, almazda aşqarların analizi vә tәdqiqi mәqsәdi ilә istifadә edilir.