FOTOELEKTRÓN CİHAZLAR – optik diapozonlu elektromaqnit şüalarının enerjisini elektrik enerjisinә vә ya görünmәyәn (mәs., infraqırmızı) şüalardakı tәsviri görünәn tәsvirә çevirәn elektrovakuum cihazları vә ya yarımkeçirici cihazlar. F.c.-ın işi xarici (fotoelektron emissiyası) vә daxili (fotokeçiricilik, yaxud foto e.h.q.) fotoeffektdәn istifadәyә әsaslanır. Fotoelementlәr, fotoelektronartıranlar, fotorezistorlar, fotodiodlar, elektron-optik çeviricilәr, tәsvirin parlaqlığını güclәndiricilәr, hәmçinin verici elektron-şüa cihazları F.c.-a aiddir.