FOTOELEKTRONARTIRAN, f o t o a r t ı r a n – zәif fotocәrәyan güclәndiricisi. Əsas qovşaqları fotokatod, dinod sistemi vә anoddur (ikinci elektronlar kollektoru). İş prinsipi ikinci elektron emissiyasına әsaslanır. İşıq tәsiri ilә fotokatoddan çıxan ilkin elektronlar müxtәlif formalı elektrodlar üzәrinә fokuslandırılır (elektrik vә maqnit sahәlәri vasitәsilә) vә elektrodlarda baş verәn ikinci elektron emissiyası hesabına dinod sistemi anod üzәrinә düşәn elektronların sayını bir neçә dәfә artırır. F.-ın ümumi güclәndirmәsi 103–108-dir. F.-lar zәif işıq selinin qeydә alınmasında, spektral analizdә, fotometriyada, avtomatikada, sәsli kino qurğularında, elementar zәrrәciklәrin qeydә alınmasında, verici TV kameralarında, faksimile aparatlarında, lazer texnikası qurğularında, kosmik tәdqiqatlarda vә s. tәtbiq edilir.