FOTOXROM MATERİALLAR – dönәn fotoinduksiyalanma ilә müxtәlif xassәlәrini (ilk növbәdә rәngini) dәyişәn materiallar; bunların istifadә edilmәsi üzvi vә qeyri- üzvi maddәlәrin fotoxromizminә әsaslanır. Termiki dönәn (öz-özünә vә ya qızdırıldıqda fotoinduksiyalanmış haldan ilkin hala keçir) vә termiki dönmәyәn (dönәn çevril- mәlәr yalnız udulan aktivlәşdirici şüalanmanın tәsirilә sınaqdan keçirilir) F.m. ayırd edilir. Hәmçinin müsbәt (fotorәnglәnәn) vә mәnfi (fotorәngsizlәşdirәn) fotoxromizmli F.m. fәrqlәndirilir. İstifadә edilәn fotoxrom birlәşmәlәrin strukturundan asılı olaraq F.m. müxtәlif xassәlәr (optik, elektrik, maqnit, mexaniki vә s.) göstәrir. F.m.-ın әn әhәmiyyәtli göstәricilәrindәn biri olan fotoxrom çevrilmәlәrin dövriliyi onların praktiki tәtbiqinin mümkünlüyünü müәyyәn edir.
F.m. maye mәhlullar, polimer plyonkalar, әyilgәn vә sәrt altlıq üzәrindә nazik amorf, polikristallik tәbәqәlәr, mono- vә polimolekulyar tәbәqәlәr polimer vә silikat şüşәlәr şәklindә vә s. hazırlanır.
Termiki dönәn fotoxrom birlәşmәlәr (spirooksazinlәr, xromenlәr, biimidazolillәr vә s.) әsasında polimer F.m., hәmçinin tәrkibindә gümüş halogenidlәr (AgBr, AgCl) olan silikat fotoxrom şüşәlәr işıqburaxması dәyişәn olan işıqqoruyucu qurğuların, oftalmoloji linzaların hazırlanmasında istifadә olunur.