Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FOTOXROMİZM 

    FOTOXROMİZM (foto + ... yun. xρώμα – rәng) – görünәn UB− vә İQ − diapazonlu optik şüalanmanın tәsirindәn maddәnin udulma spektrlәrinin dönәn dәyişmә qabiliyyәti. Bu özünü әvәllәr şәffaf vә ya rәngli olan maddәnin müvafiq olaraq rәnglәnmәsindә (birbaşa F.), yaxud rәngsizlәşmәsindә (dönәn F.) göstәrir. F. çoxlu üzvi vә qeyri-üzvi maddәlәrә xas olub, işığın kimyәvi vә fiziki tәsiri ilә şәrtlәnir. Üzvi maddәlәrin F.-i valent rabitәlәrinin yenidәn tәşkili, (mәs., dissosiasiya zamanı) ya da molekulların konfiqurasiyasının dәyişilmәsi (sis-trans-izomerlik, bax İzomerlik) ilә müşaiyәt olunan bir çox fotokimyәvi reak- siyalar zamanı yaranır. Üzvi birlәşmәlәrin F.-i triplet-triplet udulma, yüksәk intensivli lazer şüalanmasının tәsiri ilә sinqlet-sinqlet işıqlanma kimi fiziki proseslәrdә yaranır.

    Qeyri-üzvi maddәlәrdә F. metalların valentliyinin dәyişilmәsinә, rәng mәrkәzlәrinin yaranmasına vә birlәşmәlәrin dissosiyasına gәtirib çıxaran elektronların dönәn daşınma proseslәri ilә şәrtlәnir. Maddәlәrin F.-inin yaranması hәmçinin onların digәr xassәlәrinin (mәs., elektrik, mexaniki) dәyişilmәsi ilә müşaiyәt olunur; buna görә fotoxrom maddәlәr müxtәlif tәyinatlı fotoxrom materialların hazırlanmasında istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN