FOTOQRAFİK AŞKARLAMA, a ş k a r l a m a – işığın tәsiri nәticәsindә işığahәssas fotoqrafik material üzәrindә alınmış görünmәyәn (gizli) tәsvirin aşkara çıxarılma prosesi. F.a. işığın tәsirinә mәruz qalan gümüş-halogenidin seçiciliklә metal gümüşәdәk bәrpa olunmasına әsaslanır. Proses aşkarlayıcı mәhlul daxilindә gedir. F.a. әmәliyyatı yarıqaranlıqda (tünd qırmızı vә ya yaşıl işıqda), tam qaranlıqda vә ya xüsusi işıq keçirmәyәn qablarda aparılır. Aşkarlamadan sonra aparılan f o t o q r a f i k s a b i t l ә ş d i r m ә d ә emulsiya tәbәqәsindә qalmış gümüş-halogenid suda hәll olan kompleks birlәşmәlәrә çevrilmәklә kәnar edilir. Fotomaterialın növündәn vә formasından, habelә laboratoriya şәraitindәn asılı olaraq, müxtәlif aşkarlama üsullarından, aşkarlayıcı maddәlәrdәn vә aşkarlama maşınlarından istifadә olunur.